top
Gəncədə xəstəxanada kişini döydü, üzərində narkotik tapıldı - MƏHKƏMƏ
12 iyul 2026, 17:00
- +

Gəncədə xəstəxanada kişini döydü, üzərində narkotik tapıldı - MƏHKƏMƏ

Gəncə şəhərindəki Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsində dava olub.

Belə ki, ötən ilin martın 19-da Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Elşad xəstəxananın Poliklinika şöbəsində yerləşən 220 nömrəli otaqda olarkən, tanımadığı Zakir adlı birinin həkim və tibb personalına etiraz etdiyini görüb. Elşad hadisəyə heç bir aidiyyəti olmadığı halda, mübahisəyə müdaxilə edib və Zakirin sifətinə yumruq vurub.

Daha sonra Zakir kömək istəmək üçün otaqdan çıxaraq qaçmağa başlayıb. Elşad onu pilləkəndə saxlayıb, bıçağın tiyəsi və əli ilə zərbələr endirib.

Bundan başqa, Elşad istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 3,297 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib. Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Elşada Cinayət Məcəlləsinin 221.3-cü və 234.4.3-cü maddələri ilə ittiham elan olunub.

İş üzrə ifadə verən Elşad ittiham üzrə özünü təqsirli bilməyib. O, yalnız Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə özünü təqsirli hesab edib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elşad 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilib. Həmçinin təqsirləndirilən şəxsin ərazi narkoloji kabinetində qeydiyyata alınmasına qərar verilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 15:32

Gəncədə xəstəxana cərimələndi - Analizi səhv aparıblar

Bütün xəbərlər
Dünən, 13:23

Çayxanalar Xan bağının səkisini də zəbt edib

Bütün xəbərlər
Dünən, 11:48

Gəncəli Əməkdar artistinin dünyaya gəldiyi gündür

Bütün xəbərlər
Dünən, 10:43

Gəncənin tarixi ibadət ocağı təmir edilir - 1,6 milyon manat

Bütün xəbərlər
Dünən, 08:56

Gəncəli PƏHLƏVAN Avrasiya BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 00:00

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ad günüdür

Bizim fəxrimiz
25 avqust 2026, 18:26

Gəncəli şəhidin oğlu hərbçi olmaq yolunu seçdi

Bütün xəbərlər
25 avqust 2026, 18:00

Gəncə əhalisi ötən il cəmi 42 nəfər artıb

Bizim fəxrimiz
25 avqust 2026, 17:00

Gəncəli strongmen 125 kq qaldıraraq mütləq çempion oldu

Bütün xəbərlər
25 avqust 2026, 13:51

"Böyük Ucuzluq"un qarşısında "parkovşik" bıçaqlandı - MƏHKƏMƏ

Bütün xəbərlər
25 avqust 2026, 11:03

Gəncə futbolunun canlı əfsanəsi 57 yaşında

Bütün xəbərlər
25 avqust 2026, 09:05

Asfalt dağılıb: Gəncədə küçənin acınacaqlı vəziyyəti

Bütün xəbərlər
24 avqust 2026, 17:43

Əcnəbi tələbə Gəncədəki yeraltı keçidin vəziyyətindən şikayətlənib

Bütün xəbərlər
24 avqust 2026, 16:12

Gəncədə də məşhur olan sosislərdə TƏHLÜKƏLİ BAKTERİALAR

Bütün xəbərlər
24 avqust 2026, 14:58

Gəncədə iş axtaranlar üçün 150 VAKANSİYA

Bütün xəbərlər
24 avqust 2026, 12:23

Yük avtomobili dərəyə aşıb

Bütün xəbərlər
24 avqust 2026, 10:07

Gəncədə xəstəxananı tarakanlar basıb

Bütün xəbərlər
23 avqust 2026, 16:31

Gəncədə ilk altı ayda 57 milyondan çox sərnişin daşınıb

Bütün xəbərlər
23 avqust 2026, 15:00

Cari ilin ilk yarısında Gəncə-Daşkəsən İR-da 1300 iş yeri açılıb

Bütün xəbərlər
23 avqust 2026, 13:00

"Cinsi yolla keçən xəstəliklər artır" - Professor

Bütün xəbərlər
23 avqust 2026, 11:00

Qadını şantaj edərək öldürmə həddinə çatdıran kişi qərardan ŞİKAYƏTÇİDİR

Bütün xəbərlər
23 avqust 2026, 10:10

3 min manata XARİCİ maşın almaq imkanı - HƏRRAC

Bütün xəbərlər
22 avqust 2026, 16:58

Göygöldə 305 kikboksçu rinqə çıxacaq

Bütün xəbərlər
22 avqust 2026, 16:18

Yüzlərlə sakin qazsız qalıb

Oxşar xəbərlər