Gəncədə həyatının bahar çağında olan gənc xəstəliyin qurbanı oldu.
Gencexeber.az-ın məlumatına görə, 17 yaşlı Gülçin Vəliyeva ağciyərlərində mövcud problemlər səbəbilə xəstəxanada dünyasını dəyişib.
2008-ci il təvəllüdlü qız ağır vəziyyətdə Gəncədə fəaliyyət göstərən xəstəxanaların birinə çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.