Gəncədə defektoloq-loqoped Aytac Əliyeva tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə ödənişsiz konsultasiya təşkil olunacaq.
Gencexeber.az-ın məlumatına əsasən, kəkələmə, psixi nitq inkişaf ləngiməsi, autizm, dislaliya, serebral iflic, Daun sindromu və s. kimi problemləri olan yaşından asılı olmayaraq hər kəs konsultasiya üçün müraciət edə bilər.
Müayinələr may ayının 29, 30, 31-i tarixlərində həyata keçiriləcək.
Əlavə məlumat üçün 055-705-78-44 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.