top
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
Bu gün, 11:19
- ↺ +

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Oktyabrın 8-də Gəncə Şəhər İcra Hakimiyyətinin binasının qarşısında ilk dəfə voleybol festivalı keçiriləcək.

Gencexeber.az bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və "Gəncə" voleybol klubunun təşkilatçılığı, "AzerGold" QSC-nin dəstəyi ilə baş tutacaq festival "Voleybolun nəbzi Gəncədə döyünür!" şüarı altında təşkil olunacaq.

Gəncədə voleybolun təbliği, uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinin təşviqi məqsədi daşıyan festival müxtəlif idman və əyləncə proqramlarını özündə birləşdirəcək.

Tədbir çərçivəsində peşəkar voleybolçuların iştirakı ilə ustad dərsləri keçiriləcək, həmçinin dostluq oyunu təşkil olunacaq. 10–14 yaşlı uşaqlar arasında minivoleybol turniri keçiriləcək, iştirakçılar üçün müxtəlif bacarıq və əyləncə proqramları təşkil ediləcək. Uşaqlar öz bacarıqlarını nümayiş etdirmək, voleybolun əsas elementlərini öyrənmək və idmançılarla birbaşa ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Festivalın xüsusi məqamlarından biri "Gəncə" klubunun 2026–2027-ci illər mövsümü üçün heyətinin təqdimatı olacaq. Festivalın rəngarəngliyini artırmaq məqsədilə fləş-mobun keçirilməsi də nəzərdə tutulur, sonda iştirakçılar üçün xüsusi konsert proqramı təqdim olunacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:23

Repetitorluq edən müəllim həbs olundu

Bütün xəbərlər
Bu gün, 09:58

Qaçaqmalçılıq yolu ilə dərman gətirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Bu gün, 09:12

Gəncədə islanmaq üçün nəzərdə tutulan avtobus dayanacağı

Bütün xəbərlər
Bu gün, 09:00

Bu rayonda işıq olmayacaq

Bütün xəbərlər
Dünən, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Dünən, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Dünən, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Dünən, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Dünən, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Dünən, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
05 oktyabr 2026, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
05 oktyabr 2026, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
05 oktyabr 2026, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
05 oktyabr 2026, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
05 oktyabr 2026, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
05 oktyabr 2026, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
05 oktyabr 2026, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
05 oktyabr 2026, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Oxşar xəbərlər