top
Gəncədə ölən şəxslə bağlı AÇIQLAMA - YENİLƏNİB
29 aprel 2025, 15:38
- ↺ +

Gəncədə ölən şəxslə bağlı AÇIQLAMA - YENİLƏNİB

 

Gəncədə 31 yaşlı Eyyub Talıbovun ölümü ilə bağlı həkim açıqlama verib.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının cərrahı Bəxtiyar Əliyev Gencexeber.az-a bildirib ki, mərhum xəstəxanaya gətirilərkən çox qan itirib.

"Bizə bir vətəndaş daxil olub. Talıbov Eyyub Əli oğlu. Döş qəfəsinin sağ tərəfinin daxilə keçmiş, kəsilmiş-deşilmiş yarası, kəskin qan itirmə, şok dərəcədə olub. Təxirəsalınmaz şəkildə əməliyyata götürdük. Əməliyyat zamanı vəziyyəti ağır olduğu və qan itirdiyi üçün əməliyyat masasında ölüb", - B.Əliyev deyib.

Məlumat üçün bildirək ki, keçirilən əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Alim Quliyev saxlanılıb.

09:29

Gəncədə 30 yaşlı kişini qətlə yetirən və 29 yaşlı şəxsi bıçaqlayan A.Quliyev saxlanılıb.

Gencexeber.az-ın məlumatına əsasən, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Eyyub Talıbovu bıçaqla qətlə yetirən 29 yaşlı Alim Quliyev saxlanılaraq istintaqa təhvil verilib.

19:40

Gəncədə bıçaqlanan şəxslərdən biri xəstəxanada vəfat edib.

Gencexeber.az-ın məlumatına görə, həkimlərin səylərinə baxmayaraq 1995-ci il təvəllüdlü Eyyub Talıbovu xilas etmək mümkün olmayıb.

19:33

Gəncədə bıçaqlanan şəxslərin kimlikləri məlum olub.

Gencexeber.az-ın məlumatına görə, 1995-ci il təvəllüdlü Eyyub Talıbov və 1994-cü il təvəllüdlü Osman Nağıyev bıçaq xəsarəti ilə xəstəxanalardan birinə yerləşdiriliblər.

Qeyd edək ki, hadisənin səbəbi və kim tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

19:02

Gəncədə bıçaqlanma hadisəsi olub.

Gencexeber.az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. İlkin məlumata görə, iki nəfər bıçaqlanıb.

Həmin şəxslərin kimliyi və hadisənin təfərrüatları dəqiqləşdirilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:14

"İmamzadə"nin sanitar qovşağı istifadəyə YARARSIZDIR

Bütün xəbərlər
Bu gün, 09:30

"Sovxoz Nizami"də piyadaların təhlükəsizliyi təmin olundu

Bizim fəxrimiz
Bu gün, 08:56

20 döyüş, 20 qələbə: Gəncəli boksçu məğlubiyyət tanımır!

Tarix
Bu gün, 00:05

29 sentyabr 2020: Vətən Müharibəsinin üçüncü günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycan Kredit Bankı ləğv edildi

Bütün xəbərlər
Dünən, 17:26

Gəncədə Anım Gününə həsr olunmuş ağır atletika yarışı keçirilib

Bütün xəbərlər
Dünən, 15:56

Gəncə ağsaqqalları bir araya gəliblər

Bütün xəbərlər
Dünən, 15:16

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Dünən, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Dünən, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Dünən, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Dünən, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Dünən, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Dünən, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
27 sentyabr 2026, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
27 sentyabr 2026, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Oxşar xəbərlər