Məlum olduğu kimi, bu il Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək.
Gencexeber.az bildirir ki, bununla əlaqədar olaraq, Bakı Şəhər Halqası tərəfindən həyata keçirilən “Könüllü Proqramı”na qeydiyyat davam edir.
III MDB Oyunları Könüllü Proqramında iştirak etmək istəyən gənclər link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər:
https://volunteers.cisgames2025.com/az
Qeyd edək ki, III MDB Oyunlarında yalnız yarışların keçiriləcəyi şəhərlərdə yaşayış yeri olan könüllülər iştirak edə biləcəklər.
Xatırladaq ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.