Gəncədə şəxsi minik avtomobillərinin sayı artıb.
Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatına əsasən, 2025-ci ilin sonuna Gəncə şəhərində hər 100 ev təsərrüfatına 70 şəxsi minik avtomobili düşüb.
Müqayisə üçün, bu göstərici 2015-ci ildə 55, 2020-ci ildə 60, 2023-cü ildə 62, 2024-cü ildə isə 66 olub.
Beləliklə, 2020-ci illə müqayisədə Gəncədə hər 100 ev təsərrüfatına düşən şəxsi minik avtomobillərinin sayı 10 ədəd artıb.
Qeyd edək ki, Gəncə üzrə göstərici Gəncə-Daşkəsən iqtisadi rayonunun ümumi göstəricisindən də yüksəkdir. 2025-ci ildə iqtisadi rayon üzrə hər 100 ev təsərrüfatına 66 şəxsi minik avtomobili düşüb.