11-ci sinif şagirdlərinin buraxılış imtahanının Azəbaycan dili fənni üzrə yüksək nəticə göstərən təhsil ocaqları arasında Gəncə məktəbi də var.
Gencexeber.az bildirir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat verilib.
Orta bal göstəricisinə əsasən, ilk üçlüyü Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyi tamamlayıb. Bu məktəbdə imtahanda iştirak edən 55 şagirdin orta balı 89.70 olub.