Gəncə təmsilçisi istirahətə buraxılıb. Bu haqda 14 fevral tarixində basketbol klubuna istinadən məlumat veririk.
Azərbaycan Basketbol Liqasında fasilə yaranıb. Çempionatın dayanmasına səbəb milli komandanın oyunlarının olması bildirilir.
Məlumata görə, “Gəncə” BK-nın üzvlərinə 6 günlük istirahət verilib. "Sarı-göylər"in məşqləri fevralın 16-da bərpa ediləcək.