Gəncədə bədbəxt hadisə baş verib. Bu haqda 4 dekabr tarixində Report-a istinadən məlumat veririk.
Hadisə şəhər ərazisində qeydə alınıb. 47 yaşlı İmişli rayonunun Şahverdili kənd sakini Niyaz Mikayıl oğlu Vəliyev fəhlə işlədiyi yerdə ehtiyatsızlıqdan yıxılıb.
Nəticədə o, xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, yaralı dünyasını dəyişib.
Qeyd edək ki, mərhum ailəli olub və ailəsi ilə birgə Gəncədə yaşayıb.
Faktla bağlı araşdırma aparılır.