Gəncədə növbəti hərrac keçiriləcək. Bu haqda 13 fevral tarixində Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat veririk.
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan əmlakları satışa çıxarır. Hərrac 29 fevral tarixində saat 11:00-da baş tutacaq.
Sözügedən əmlaklar arasında Nizami yurdunda Heydər Əliyev prospekti, ev 391 ünvanında yerləşən qeyri-yaşayış sahəsi də yer alır. Əmlakın ümumi sahəsi 2000 kvadratmetrdir. İlkin satış qiyməti isə 4 365 000 manat təşkil edir.
Qeyd edək ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) təşkil olunacaq. Ətraflı məlumat almaq istəyən şəxslər aşağıdakı linkə keçid edə bilərlər: