top
Bacımın yemək bişirdiyini başa düşdü və əxlaqsız danışdı, yumruq vurdum - MƏHKƏMƏ
12 iyul 2026, 13:00
- ↺ +

"Bacımın yemək bişirdiyini başa düşdü və əxlaqsız danışdı, yumruq vurdum" - MƏHKƏMƏ

Şəmkir rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib. 

Belə ki, 1972-ci il təvəllüdlü Firdovsi ailə-məişət zəminində yaranmış münaqişə zamanı yumruq və şillə zərbələri ilə həyat yoldaşı Suraya (adlar şərtidir – red.) xəsarətlər yetirib.

Faktla bağlı Firdovsi barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Firdovsi ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilib.

"Barəmdə şikayət edən Sura həyat yoldaşımdır, amma 2025-ci ilin may ayından münasibətlərimiz pozulub. Bu səbəbdən həmin vaxtdan Sura ilə ayrı-ayrı otaqlarda yaşayırıq. Mən yemək və digər lazımi gündəlik ehtiyaclarımı özüm qarşılayıram. Məlum hadisə günü də bacım Nərminənin mənim üçün bişirdiyi yeməyi təhvil aldım və kəndə qayıtdım. Sura əlimdə olan yemək paketini gördü və bacımın mənə yemək bişirdiyini başa düşdü və əxlaqsız danışdı. Aramızda mübahisə yarandı və üzünə, başına yumruq vurdum. Əməlindən peşmanam və arvadımla barışmışam", - deyə təqsirkar bildirib.

İş üzrə zərərçəkmiş Suranın sözlərinə görə həyat yoldaşı ilə ayrı-ayrı otaqlarda yaşayırlar.

"Hadisə günü saat 15 radələrində Firdovsi evə gəldi və məndən mobil telefonumu istədi. Mən mobil telefonunu vermək istəmədim. O, mobil telefonumu stolun üzərindən götürdü və telefonla danışmağımı istəmədiyini bildirdi. Sonra da məni yumruq və şillə zərbələri ilə döyməyə başladı. Hadisədən sonra barışmışıq, hazırda ondan şikayət və tələbim yoxdur", - deyə zərərçəkmiş qeyd edib. 

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Mənbə:demokrat.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
03 oktyabr 2026, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
03 oktyabr 2026, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
03 oktyabr 2026, 00:00

Suqovuşan 6 ildir azaddır

Oxşar xəbərlər