Cari ilin oktyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 236,4 min nəfər olub.
Gencexeber.az məlumat verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Belə ki, onların 50,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 472,2 manat olub.