Gəncəli sənətkarın qardaşı saxlanılıb. Bu haqda 22 fevral tarixində Avtosfer-ə istinadən məlumat veririk.
Quba rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər. Nəticədə Şaiq Həsən oğlu Haşımov saxlanılıb. O, rayon ərazisində qazilərə, şəhid ailələrinə, müalicəyə ehtiyacı olan uşaqların valideynlərinə türkəçarə üsulu ilə sağaldacağı vədini verərək külli miqdarda pullarını almaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, şübhəli şəxsin Xalq artisti Aybəniz Haşımovanın qardaşı olduğu bildirilir.