Gəncədə daha bir təyinat olub. Bu haqda 29 noyabr tarixində AMEA-ya istinadən məlumat veririk.
Bu gün, noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib. Toplantıda bir sıra rəsmilər iştirak ediblər.
AMEA-nın regional elmi bölmələrinin sədri vəzifəsinə seçkilər təşkil olunub. Nəticələrə əsasən, Akademiyanın Gəncə Bölməsinin sədri vəzifəsini akademik Fuad Əliyev icra edəcək.