top
Allah, özüm gəlim, ya kimisə göndərəcəksən? - Vaqif Səmədoğlunun doğum günüdür
05 iyun 2026, 16:01
- ↺ +

"Allah, özüm gəlim, ya kimisə göndərəcəksən?" - Vaqif Səmədoğlunun doğum günüdür

İyunun 5-i Azərbaycanın Xalq şairi, dramaturq, publisist Vaqif Səmədoğlunun doğum günüdür.

Gencexeber.az xatırladır ki, Vaqif Səmədoğlu 1939-cu ildə məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub.

Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.

Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında İncəsənət redaksiyasının müdiri vəzifəsində çalışıb.

Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib.

"Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxışlar edib, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışıb.

1962-1963-cu illərdə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib.

2000-ci ildə Milli Məclisin deputatı seçilib.

Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-də Bakıda dünyasını dəyişib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.

76 yaşında vəfat edən Xalq şairinin məzarına başdaşı qoyulmayıb, qəbirüstü abidə yalnız sinədaşından ibarətdir. Sinədaşında şairin yaradıcılığından bir neçə misra sitat gətirilib və həmin misralara uyğun olaraq məzar üstünə bir cüt ayaqqabı da qoyulub.

"Məzarıma nə başdaşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin..."

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Həbsdən çıxıb bibisinin evinə basqın etdi

Bütün xəbərlər
Bu gün, 12:48

Sabah leysan yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:54

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:17

TƏBİB-in rəhbərliyi ilə işləmək istəmədiyini bildirdi, istefa verdi

Bütün xəbərlər
Bu gün, 10:49

ADAU-nun dosenti vəfat edib

Bütün xəbərlər
Bu gün, 10:14

Yol verməmək üstündə oğlanlar saçyolduya çıxdılar

Bütün xəbərlər
Bu gün, 09:45

DYP sürücülərə müraciət etdi

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:00

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 14:36

Qayınata kürəkənini bıçaqlayıb

Bütün xəbərlər
Dünən, 13:10

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:46

Gəncədəki kollecin keçmiş direktorları 360 mindən çox pul MƏNİBSƏYMİŞ

Bütün xəbərlər
Dünən, 10:11

Kafedə iki qardaş qan tökdü

Bütün xəbərlər
Dünən, 09:44

Kişi keçmiş həyat yoldaşını uşaq bağçasında bıçaqladı

Bütün xəbərlər
Dünən, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür

Bütün xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Dünən, 00:00

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
04 oktyabr 2026, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
04 oktyabr 2026, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
04 oktyabr 2026, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
03 oktyabr 2026, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
03 oktyabr 2026, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Oxşar xəbərlər