Yenisabah.аz saytı Los-Ancelesdə baş verən dəhşətli yanğın zamanı gəncəli iş adamı Frank Solmanın evinin və avtomobillərinin yanması ilə bağlı yalnış məlumat yayıb.
Gencexeber.az-la əlaqə saxlayan Frank Solmanın yaxın qohumu bu məlumatı təkzib edərək bildirib ki, iş adamının heç bir əmlakına ziyan dəyməyib. “Frank Fransadadır, onun evinə mən nəzarət edirəm. Yanğınla bağlı hadisələr onun mülkündən uzaqda, okeanın yaxınlığında cərəyan edir”, - deyə mənbə bildirib.
Bundan əlavə, həmin şəxs Frank Solmanın bakılı olması ilə bağlı məlumatı yalnış adlandırıb. “Frankın atası Gəncədəndir, anası Gəncədəndir, hətta həyat yoldaşı da Gəncədəndir. O, Gəncədə anadan olub, biz hamımız Gəncədənik”, - o əlavə edib.