Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbəsi Bayram Süleymanov "Lynk&Co" Təhsilə Dəstək Təqaüd Müsabiqəsinin qalibləri sırasında yer alıb.
Gencexeber.az məlumat verir ki, 692 namizəd arasında ADAU tələbəsi Bayram Süleymanov seçim mərhələlərində uğurlu nəticə göstərərək TOP 30 iştirakçı sırasında yer alıb. Final mərhələsinin nəticələrinə əsasən isə TOP 5 iştirakçıdan biri seçilərək müsabiqənin qalibi olub.
Ümumi mükafat fondu 10 000 manat təşkil edən müsabiqənin nəticələrinə əsasən Bayram Süleymanova 1 000 manat məbləğində pul mükafatı təqdim olunub.