top
Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb
Video
Bu gün, 09:03
- ↺ +

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Gəncə şəhərində şəhid Nicat Qasımovun adına yeni park salınıb. 

Gencexeber.az-ın məlumatına görə, Azərbaycan küçəsi, 97a ünvanında yerləşən parkın yaradılması təşəbbüsü şəhər sakini, ictimai fəal Kamil Qasımova məxsusdur. O, bu məqsədlə Gəncə şəhər Kəpəz Bələdiyyəsinin rəhbəri Yaşar Abdullayevə, həmçinin Gənclər və İdman Nazirliyinə müraciət edib. Təşəbbüs müsbət qarşılanıb və ərazidə abadlıq işlərinə başlanılıb.

Təxminən 20 sot ərazini əhatə edən parkın bir hissəsində artıq uşaqlar üçün oyun meydançası salınıb və oyun qurğuları quraşdırılıb. Orada böyüklərin idman etməsi üçün xüsusi zona da yaradılıb. 

Hazırda yeni istirahət və əyləncə guşəsində aparılan işlər davam etdirilir.

Qeyd edək ki, Nicat Elşən oğlu Qasımov 17 oktyabr 1991-ci ildə Gəncədə anadan olub. O, 33 nömrəli tam orta məktəbi bitirib. 

2010-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə cəlb olunub. Vətən müharibəsində iştirak edib. Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub.

Nicat Elşən oğlu Qasımov 2 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunun azad olunması uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. İki gün sonra Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Nicat Qasımov ölümündən sonra Prezident tərəfindən "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Bu gün, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Dünən, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Dünən, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Dünən, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Dünən, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Dünən, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Dünən, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Dünən, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Dünən, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
30 sentyabr 2026, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
30 sentyabr 2026, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
30 sentyabr 2026, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
30 sentyabr 2026, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
30 sentyabr 2026, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
30 sentyabr 2026, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
30 sentyabr 2026, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
30 sentyabr 2026, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
30 sentyabr 2026, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
30 sentyabr 2026, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Oxşar xəbərlər