2025-ci ildə Gəncə şəhərində 1 258 nikah və 793 boşanma qeydə alınıb.
Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, sözügedən rəqəmlər 2025-ci ilin demoqrafik göstəricilərinə dair məlumatda qeyd olunub.
Məlumata əsasən, il ərzində Gəncədə 2 164 uşaq doğulub, 2 122 nəfər isə vəfat edib. Nəticədə şəhərdə təbii artım cəmi 42 nəfər təşkil edib.
2026-cı il yanvarın 1-nə Gəncə şəhərinin əhalisi 331,1 min nəfər olub.
Beləliklə, 2025-ci ildə Gəncədə qeydə alınan hər 100 nikaha təxminən 63 boşanma düşüb.