Gəncədə üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində, Mirzə Şəfi Vazeh prospekti ilə Aydın Nəbiyev küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107", "Mercedes" və BMW"markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı "VAZ-2107" idarəetmədən çıxaraq həyət evinin hasarına çırpılıb. Nəticədə hasar dağılıb.
Hadisə zamanı "VAZ-2107" və "Mercedes" markalı avtomobillərə ciddi ziyan dəyib, onların sürücüləri xəsarət alıb. Digər avtomobilə isə yüngül ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.