"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" futbol komandaları arasında keçiriləcək yoldaşlıq oyununa 25 minə yaxın bilet satılıb.
Gencexeber.az bildirir ki, İstanbul komandası Bakıya bu gün, saat 17:30-da gələcək.
Qeyd edək ki, "Turan Tovuz" - "Fənərbağça" oyunu oktyabrın 3-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Görüşü azərbaycanlı hakim Rəvan Həmzəzadə idarə edəcək.