top
98 yaşında vəfat edən Vidadi Babanlının ildönümüdür
16 avqust 2026, 15:00
- ↺ +

98 yaşında vəfat edən Vidadi Babanlının ildönümüdür

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, şair və tərcüməçi Vidadi Babanlının vəfatından bir il ötür.

Gencexeber.az məlumat verir ki, Vidadi Yusif oğlu Babanlı 1927-ci il yanvarın 5-də Qazax qəzasının Birinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi doğma kəndində bitirdikdən sonra 1944–1949-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə Sabirabad şəhər orta məktəbində müəllim kimi başlayan Vidadi Babanlı daha sonra Bakıya köçərək "Azərbaycan müəllimi" qəzetində çalışıb. O, "Ədəbiyyat qəzeti"nin redaksiyasında ədəbi işçi və şöbə müdiri, "Azərbaycan" jurnalında nəsr şöbəsinin rəhbəri, "Azərbaycanfilm" kinostudiyasında və "Yazıçı" nəşriyyatında müxtəlif vəzifələrdə işləyib.

Yazıçının ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunan "Anam sən oldun" şeiri olub. İlk şeirlərini "Vidadi Şıxlı" təxəllüsü ilə çap etdirən müəllif 1954-cü ildən nəsr yaradıcılığı ilə məşğul olub.

Vidadi Babanlı yaradıcılığı ərzində roman, povest, hekayə, oçerk, publisistik məqalə və kinossenari yazıb. Onun "Gəlin", "Ana intiqamı", "Mənim gizlinlərim", "Dərd məni dilləndirir", "Kişilik haqqında himn" və digər əsərləri oxucular tərəfindən rəğbətlə qarşılanıb. Əsərləri SSRİ xalqlarının və xarici ölkələrin dillərinə tərcümə olunub.

Ədəbiyyat sahəsində uzunillik fəaliyyətinə görə Vidadi Babanlı 1986-cı ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb, 2002-ci ildə Prezidentin fərdi təqaüdünü alıb. 2022-ci ildə isə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Vidadi Babanlı 16 avqust 2025-ci ildə Bakıda vəfat edib. O, doğulduğu Qazax r Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Gəncəli bacı-qardaş beynəlxalq taekvondo turnirində birinci oldular

Bütün xəbərlər
Bu gün, 11:00

Gəncənin Eminbəyli küçəsinin 1-ci dalanında yol problemi

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:02

Bu gün Cəbrayıl şəhərinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 16:40

Şagird qiyməti ilə razılaşmırsa, şikayət edə bilər - QANUN

Bütün xəbərlər
Dünən, 15:55

Polis Gəncədə əməliyyat keçirdi, narkokuryerlər SAXLANILDI

Bütün xəbərlər
Dünən, 12:56

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:19

Gəncədə Müşviq Adıgözəlov küçəsini yenə su basdı

Bütün xəbərlər
Dünən, 11:47

"Turan Tovuz" bu gün "Fənərbağça" ilə qarşılaşacaq

Bütün xəbərlər
Dünən, 10:08

Gəncədə "Mercedes"lə "VAZ - 2107" toqquşub

Tarix
Dünən, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
02 oktyabr 2026, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
02 oktyabr 2026, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
02 oktyabr 2026, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
02 oktyabr 2026, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
02 oktyabr 2026, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
02 oktyabr 2026, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
02 oktyabr 2026, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
02 oktyabr 2026, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
02 oktyabr 2026, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
02 oktyabr 2026, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Oxşar xəbərlər