Gəncədə cinayət hadisəsi baş verib. Bu haqda 30 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 23 yaşlı Sürəyya Abbasova baş nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Yaralıya tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Əraziyə polis əməkdaşları cəlb olunublar. İlkin məlumata əsasən, qadını keçmiş həyat yoldaşı bıçaqlayıb.