top
Gəncədəki partlayışdan sonra İcra Hakimiyyəti zərərçəkənləri köməksiz qoyub? - İDDİA
07 noyabr 2024, 16:40
- +

Gəncədəki partlayışdan sonra İcra Hakimiyyəti zərərçəkənləri köməksiz qoyub? - İDDİA

 

Oktyabrın 18-də Gəncə şəhəri İsaq Cəfərov küçəsində baş verən partlayış nəticəsində dağılmış beşmərtəbəli yaşayış binasının sakinləri Gəncə şəhər İcra Hakimiyyətinin fəaliyyətsizliyindən, eləcə də onların acınacaqlı vəziyyətlərinə tam biganəlik nümayiş etdirməsindən narazılıqlarını bildirirlər.

Gencexeber.az-a daxil olan şikayətə əsasən, zərərçəkmiş ailələr iddia edirlər ki, İcra Hakimiyyəti müvəqqəti yaşamaq üçün kirayə pulu ayrılacağını vəd edib, ailə başçılarının bank rekvizitlərini toplayıb, lakin 20 gündən çox vaxt keçməsinə baxmayaraq heç bir maddi yardım göstərməyib.

“Evimiz dörd blokdan ibarətdir. Partlayışdan sonra üçüncü tamamilə dağılıb, dördüncüdə isə mənzillərə qismən ziyan dəyib. Buna baxmayaraq, bizə heç bir köməklik göstərilmədiyi üçün bəzi insanlar öz mənzillərinə qayıtmağa məcbur olublar. Mənzilimiz dağılmasa idi, biz də qayıdardıq. Nə qədər qohum evində qalmaq olar?”, - zərərçəkənlərdən biri deyir.

Qeyd edək ki, partlayış günü Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən verilən rəyə əsasən baş vermiş partlayış nəticəsində yaşayış binasının iki blokunda mənzillər yararsız hala düşüb və burada yaşayışın məhdudlaşdırılması məqsədəuyğun hesab edilib.

Həmçinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov partlayış baş verən əraziyə baxış keçirdikdən sonra media mənsublarına müsahibəsində məlumat verib ki, qurum tərəfindən zərərçəkənlərə kirayə mənzillərdə yerləşdirilməsi üçün maddi yardım göstəriləcək.

Sözügedən məsələ ilə bağlı redaksiyamız Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb. Qurum cavabında bildirib ki, yaxın zamanda bu haqda məlumat veriləcək.

Cavid Şəmiyev

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:05

Gəncədə binaların həyəti baxımsız qalıb

Bütün xəbərlər
Bu gün, 18:00

15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 877-yə düşüb

Bütün xəbərlər
Bu gün, 17:09

Gəncədə abadlıq işlərinə 4,69 milyon manat xərclənəcək - TENDER

Bütün xəbərlər
Bu gün, 16:30

Bəzi müəllimlər qızları ərə getməyə çağırır - Deputatdan İDDİA

Bütün xəbərlər
Bu gün, 15:47

"Yeni tədris ilində 48 məktəb distant təhsilə keçəcək" - Eşqi Bağırov

Bütün xəbərlər
Bu gün, 15:05

Gəncədə şikayət edilən küçə ASFALTLANDI

Bütün xəbərlər
Bu gün, 14:32

Ötən il 20 minə yaxın şəxs əmək qabiliyyətli yaşda ölüb

Bütün xəbərlər
Bu gün, 14:00

"Gəncə" BK məşqçisi ilə müqavilənin müddətini uzadıb

Bütün xəbərlər
Bu gün, 12:23

Gəncədə maşınlar toqquşdu, sürücülər yaralandı

Bütün xəbərlər
Bu gün, 12:08

Gəncədə ÖDƏNİŞSİZ konsert keçiriləcək

Bütün xəbərlər
Bu gün, 11:16

Qız bilib "TikTok"da danışdı, keçmiş arvadının qardaşı çıxdı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 10:46

Gəncədə bağçada bit-birə problemi: "Uşağınızı saat 15:30-da aparın!"

Bütün xəbərlər
Bu gün, 10:07

Azərbaycanda doğulan uşaqların sayı azalıb

Bütün xəbərlər
Bu gün, 09:05

Gəncədə səhərlər su verilən kimi "fəvvarə şousu" başlayır

Bütün xəbərlər
Bu gün, 09:00

Türkiyə - Azərbaycan Gənclik Mübadilə Proqramı başlayır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə Oftalmologiya şöbəsi müasir avadanlıqlarla təchiz edilib

Bütün xəbərlər
Dünən, 17:09

"Kəpəz" – "Qəbələ" matçına 3500 bilet satılıb

Bütün xəbərlər
Dünən, 15:27

Gəncədə sakinlər məhəllənin acınacaqlı vəziyyətindən şikayətlənir

Bütün xəbərlər
Dünən, 14:48

Göygöllü məmurun hərraca çıxarılan avtomobillərini öz oğlu alıbmış…

Bütün xəbərlər
Dünən, 13:58

Sadıllı qəsəbəsində növbəti təmizlik aksiyası keçirilib

Bütün xəbərlər
Dünən, 13:11

Şimşək çaxacaq, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:10

Gəncə avtovağzalında ön yerlərə bilet satmadılar, üstəlik ələ saldılar – İDDİA

Bütün xəbərlər
Dünən, 11:13

Gəncədə avtobusda əşyasını unudanların NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 10:37

Kənd məktəbində təmir başa çatır, Gəncə məktəbi iki ildir gözləyir

Oxşar xəbərlər