top
Gəncənin məşhur Rəfibəylilər ailəsindən olan ədəbiyyatşünas Səlim Rəfiq Rəfioğlu
04 aprel 2023, 16:00
- +

Gəncənin məşhur Rəfibəylilər ailəsindən olan ədəbiyyatşünas Səlim Rəfiq Rəfioğlu

Səlim Məşədi Əli oğlu Rəfiyev 1 iyul 1905-ci (1908) ildə Gəncədə anadan olub. O, Səlim Rəfiq Rəfioğlu kimi tanınıb. Ədəbiyyatşünas Gəncənin məşhur Rəfibəylilər ailəsinə mənsubdur.

İlk və orta təhsilini Gəncə şəhərində alıb. O, 1927-ci ildə Gəncə Pedaqoji Texnikumunu bitirib. Səlim bəy Müsavat Partiyasının gizli təşkilatının yardımı ilə əvvəlcə İrana gedib, orada əmisi, həkim Musa Rəfiyevin yanında qalıb, daha sonra Türkiyəyə mühacirət edib.

1930-1931-ci illərdə Rəfiyev İstanbul Universitetinə Ədəbiyyat fakültəsinə və Yüksək Müəllim Məktəbinə qəbul olub. Onun dissertasiya işi “Azərbaycan və Anadolu xalq hekayələrinin təhlili və müqayisəsi” mövzusunda olub.

Rəfioğlu pedaqoji fəaliyyətə 1934-cü ildə Antalya Liseyinə ədəbiyyat müəllimi kimi başlayıb. Həmçinin o, 1935-1962 illərdə Malatya Liseyində, Bursa Liseyində, Bursa 1-ci və 2-ci orta məktəblərində, İstanbul Kişi Liseyində, İstanbul Sultan Əhməd Kişi Sənət İnstitutunda müəllim işləyib. Bu vəzifədə etdiyi müraciətinə əsasən, Milli Təhsil Nazirliyi Müdirlər Komissiyasının qərarı ilə 1955-ci ildə bir illik Almaniyaya təcrübə keçməyə göndərilib. Səlim Rəfioğlu 1962-ci ildə təqaüdə çıxıb.

Rəfioğlu 3 kitabın müəllifidir: “Professor Dr. Çobanzadəyə cavab”, “Professor Dr. Əhməd Cəfəroğlunun əsərlərindəki xətalar”, “Azərbaycan ədəbiyyatı. Seçilmiş misralar”. Türkiyənin mətbu orqanlarında onun Azərbaycan mədəniyyətinə aid bir çox məqalələri çap olunub.

Səlim bəy alim kimi 1968-ci ildə Azərbaycana gəlib, Bakıda Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində alimlər Həmid Araslı və Abbas Zamanovla görüşüb.

Səlim Rəfioğlu 4 aprel 1980-ci ildə İstanbulda vəfat edib.

Mənbələr:


  1. Ömər Özcan. Səlim Rəfiq Rəfioğlu. Bakı-2013.

  2. http://www.anl.az/down/meqale/525/2019/avqust/667748.htm

  3. http://www.anl.az/down/meqale/525/2019/iyul/667070.JPG

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:12

Ən çox saxtalaşdırılan məhsullar AÇIQLANDI – "Kənd toyuğu" da var

Bütün xəbərlər
Bu gün, 15:38

Gəncə Regional Kollecində YENƏ GƏRGİNLİK

Bütün xəbərlər
Bu gün, 15:04

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bütün xəbərlər
Bu gün, 14:02

Gəncədə 36 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 12:16

Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb

Bütün xəbərlər
Bu gün, 10:00

Gəncədə şəhid övladları üçün "Yay məktəbi" layihəsinə start verilib

Bütün xəbərlər
Bu gün, 09:24

Gəncədə azyaşlı xəstəxanada öldü

Bütün xəbərlər
Dünən, 15:37

Sabah 35 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:31

Zibil atmağa sevgilisindən icazəsiz gedən qadın döyüldü

Bütün xəbərlər
Dünən, 12:36

Rayonlara səfər edənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər
Dünən, 12:03

Keçən il bölgəmizdə muzeylərə neçə nəfər gedib?

Bütün xəbərlər
Dünən, 11:00

Hərbi xidmətə çağırış başladı

Bütün xəbərlər
Dünən, 10:26

Gəncədə 10 hektara yaxın ərazi məişət tullantılarından təmizlənib

Bütün xəbərlər
Dünən, 09:58

Zarafat üstündə həmkəndlisini bıçaqlayaraq qətlə yetirdi

Bütün xəbərlər
30 iyun 2026, 17:19

Sabah Gəncədə hava necə olacaq? - PROQNOZ

Bütün xəbərlər
30 iyun 2026, 16:32

Ata qızında keçmiş ərinin mesajlarını gördü, onu döyərək öldürdü - MƏHKƏMƏ

Bütün xəbərlər
30 iyun 2026, 15:54

Gəncədə 900 nəfər səhər idmanı etdi

Bütün xəbərlər
30 iyun 2026, 15:14

Gəncədə ilin ilk kvartalında tikinti işlərinə 12,8 milyon manat xərclənib

Bütün xəbərlər
30 iyun 2026, 14:32

"Gəncə" braziliyalı voleybolçunu heyətinə qatıb

Bütün xəbərlər
30 iyun 2026, 13:55

Gəncə Memorial Kompleksinin ərazisi yenidən işıqlandırıldı

Bütün xəbərlər
30 iyun 2026, 12:41

Uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir

Bütün xəbərlər
30 iyun 2026, 11:40

"Ford"la VAZ toqquşdu, sürücü yaralandı

Bütün xəbərlər
30 iyun 2026, 11:05

Közərmə lampalarının satışı qadağan edilir

Bütün xəbərlər
30 iyun 2026, 10:11

İyulun 13-dən tələbələrin yerdəyişməsi üzrə sənəd qəbuluna başlanılır

Oxşar xəbərlər