top
Cinsi yolla keçən xəstəliklər artır - Professor
Bu gün, 13:00
- +

"Cinsi yolla keçən xəstəliklər artır" - Professor

"Azərbaycanda cinsi yolla keçən xəstəliklərin artması cinsi fəaliyyətin genişlənməsi ilə yanaşı, bu sahədə maarifləndirmənin yetərli olmaması ilə də bağlıdır".

Bunu Tibb elmləri doktoru, professor Adil Qeybulla cinsi yolla keçən xəstəliklərin artması haqqında danışarkən bildirib.  
 
Onun sözlərinə görə, problemin kökləri arasında erkən yaşlarda cinsi münasibətlərin yayılması və gənclərin bu mövzuda kifayət qədər məlumatlı olmaması da var:

"Cinsi yolla keçən xəstəliklərin artması göstərir ki, bu istiqamətdə fəaliyyət genişlənib. Orta məktəblərdə belə müəyyən qrup şagirdlərin erkən yaşlarda cinsi münasibətlərə başlaması ilə bağlı məlumatlar eşidirik. Erkən yaşda cinsi həyata başlayan şəxslər bəzən qorunma məsələlərini anlamır və ya buna əhəmiyyət vermirlər. Bu da müxtəlif cinsi yolla keçən infeksiyaların yayılmasına səbəb olur. Hər hansı infeksiya qadın orqanizminə düşdükdə uzun müddət qala və digər şəxslərə ötürülə bilər.

Hazırda bu sahədə vəziyyət müəyyən mənada nəzarətsizdir. Bu məsələnin qanuniləşdirilməsi isə ciddi ictimai müzakirələrə səbəb ola bilər. Azərbaycan müsəlman ölkəsidir və burada yanaşmalar fərqlidir. Lakin reallıq başqadır. Əsas problem də budur".

Ekspertin fikrincə, cinsi yolla keçən xəstəliklərin yayılmasının qarşısını almaq üçün əsas istiqamətlərdən biri gənclərin düzgün maarifləndirilməsi, vaxtında tibbi müayinələrin aparılması və infeksiyaların erkən aşkarlanaraq müalicə edilməsidir.

Mənbə: bakıvaxtı.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:00

Qadını şantaj edərək öldürmə həddinə çatdıran kişi qərardan ŞİKAYƏTÇİDİR

Bütün xəbərlər
Bu gün, 10:10

3 min manata XARİCİ maşın almaq imkanı - HƏRRAC

Bütün xəbərlər
Dünən, 16:58

Göygöldə 305 kikboksçu rinqə çıxacaq

Bütün xəbərlər
Dünən, 16:18

Yüzlərlə sakin qazsız qalıb

Bütün xəbərlər
Dünən, 14:22

"Ford Transit"lə "QAZ-3110" toqquşdu

Bütün xəbərlər
Dünən, 13:43

Aybəniz Haşımovanın doğum günüdür

Bütün xəbərlər
Dünən, 13:06

Gəncədə Niyam Salaminin PULSUZ konserti keçiriləcək

Bütün xəbərlər
Dünən, 11:24

Gəncədə kafe və restoranlarda dövriyyə artıb

Bütün xəbərlər
Dünən, 10:38

Gəncəli məzun Türkiyədə 100% təqaüdlə tibb təhsili alacaq

Bütün xəbərlər
Dünən, 09:11

Gəncədə bu dayanacaqlar diqqətdən kənarda qalıb

Bütün xəbərlər
21 avqust 2026, 22:05

Gəncə MKTİB ərazilərin zibillənməsinin SƏBƏBİNİ AÇIQLADI

Bütün xəbərlər
21 avqust 2026, 17:02

Qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü

Bütün xəbərlər
21 avqust 2026, 15:30

Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım - SƏFİR

Bütün xəbərlər
21 avqust 2026, 15:08

Sabah 40 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 avqust 2026, 14:36

Samuxda qarayaranın yayılması müşahidə olunmur

Bütün xəbərlər
21 avqust 2026, 14:04

Sel Zurnabad yolunu sıradan çıxardı

Bütün xəbərlər
21 avqust 2026, 13:23

Su hövzələrində qanun pozuntuları aşkarlanıb

Bütün xəbərlər
21 avqust 2026, 12:26

Müharibənin 7-ci günündə şəhid oldu - Bu gün 27 yaşı olacaqdı

Bütün xəbərlər
21 avqust 2026, 12:19

24 yaşlı qadın abortdan sonra dünyasını dəyişib

Bütün xəbərlər
21 avqust 2026, 10:44

Ağır qəzada xəsarət alan uşaq xəstəxanada vəfat edib

Bütün xəbərlər
21 avqust 2026, 10:19

Tanınmış gəncəli aktyorun anım günüdür

Bütün xəbərlər
21 avqust 2026, 09:35

Gəncədə yanğın olub

Bütün xəbərlər
20 avqust 2026, 18:00

Uşaqlı və körpəli evdə hansı dərmanlar olmalıdır?

Bütün xəbərlər
20 avqust 2026, 17:34

Gəncədə tonlarla ət və süd istehsal edilir

Bütün xəbərlər
20 avqust 2026, 17:23

Sabah Qazaxın bir kəndində qaz olmayacaq

Bütün xəbərlər
20 avqust 2026, 17:15

Azərbaycanda aviabilet qiymətləri daha əlçatan ola bilər

Bütün xəbərlər
20 avqust 2026, 16:37

Gəncənin bir sıra ərazilərində TƏMİZLİK PROBLEMİ

Oxşar xəbərlər