Gəncə şəhərində 2026-cı ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi 30,1 milyon manat təşkil edib.
Gencexeber.az-ın Gəncə Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artıb. Dövriyyənin 29 milyon manatı fiziki şəxslərin hesabına formalaşıb.
Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 5,5 faiz artaraq 356,6 milyon manat təşkil edib.
Hüquqi şəxslər tərəfindən əhaliyə 84,2 milyon manatlıq xidmət göstərilib və xidmətlərin ümumi dəyərinin 23,6 faizini təşkil edib. Ödənişli xidmətlərin 9,5 faizi dövlət, 90,5 faizi isə qeyri-dövlət mülkiyyətindən ibarət olub.