Gəncə şəhərində işsiz və işaxtaran şəxslər üçün keçiriləcək ixtisaslaşdırılmış əmək yarmarkasında təqdim olunacaq vakansiyaların sayı açıqlanıb.
Gencexeber.az-a bu barədə Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Tədbir Gəncə-Daşkəsən Regional Məşğulluq filialı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Əmək yarmarkasında müxtəlif sahələr üzrə 25 müəssisə tərəfindən ümumilikdə 150 vakansiyanın işaxtaran şəxslərə təqdim olunması nəzərdə tutulur.
Yarmarkaya qatılacaq namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. CV ilə gəlmələri isə arzuolunandır. Vakansiyalar, iş öhdəlikləri və əmək şəraiti barədə ətraflı məlumat iştirakçılara tədbir zamanı veriləcək.
Əmək yarmarkası 25 avqust 2026-cı il tarixində, saat 11:00-dan 13:00-dək Gəncə şəhəri, 3-cü mikrorayon, Məmməd Xələfov küçəsi 117 ünvanında yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.