Gəncənin Atatürk prospektində, "95" aptekin qarşısında yerləşən avtobus dayanacağının şüşələri artıq bir neçə həftədir qırıq vəziyyətdə qalıb.
Gencexeber.az-a daxil olan şikayətlərə görə, yarıqırıq şüşə küləkli havalarda tərpənərək dayanacaqda avtobus gözləyən sərnişinlər üçün real təhlükə yaradır. Bununla yanaşı, pavilyonun zibillənməsi də diqqətdən yayınmır.
Şəhərin "Daş Körpü dairəsi" adlanan ərazisində, çoxsaylı yaşayış evlərinin qarşısında yerləşən digər avtobus dayanacağının pavilyonu da acınacaqlı vəziyyətdədir.
Sakinlər dayanacaqlardakı nasazlıqların aradan qaldırılmasını, qırıq şüşələrin dəyişdirilməsini və ərazilərin təmizlənməsini gözləyirlər.