Gəncədə məşhur müğənni konsert proqramı ilə çıxış edəcək.
Gencexeber.az-ın məlumatına görə, Niyam Salami gəncəli musiqiçi Miri Əli ilə birgə səhnə alacaq. Girişi sərbəst olan konsert sentyabrın 5-i saat 18:00-da Gəncland Ailəvi Əyləncə və İstirahət Parkında təşkil olunacaq.
Tədbir açıq havada keçiriləcək. Musiqili proqramı tamaşaçıların rahat izləməsi üçün ərazidə oturacaqlar da nəzərdə tutulub.