top
Gəncəli yazıçı və dramaturq Altay Məmmədov
16 dekabr 2021, 13:00
- +

Gəncəli yazıçı və dramaturq Altay Məmmədov

Altay Məmmədov 15 may 1930-cu ildə Gəncə şəhərində anadan olub.

O, Gəncədə orta məktəbi bitirib, 1943-1949-cu illərdə saatsaz şagirdi və usta peşələrində işləyib. Daha sonra Altay H.Zərdabi adına Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsini bitirib. O, burada sonralar Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində çalışıb.

Altay Məmmədov ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"-ndə çap edilən "Fəhləlikdən alimliyə" oçerki ilə başlayıb. O, 1951-1955-ci illərdə "Kirovabad fəhləsi" və "Gəncə kommunisti" qəzetləri redaksiyalarında müxtəlif vəzifələr tutub.

Məmmədov 1959-cu ildən altı dəfə şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Daha sonra isə Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin üzvü olmuşdur.

Altay Məmmədovun, həmçinin dramaturgiya sahəsində fəaliyyəti olmuşdur. 1960-cı ildə müəllifin "Həmyerlilər" əsəri indiki Gəncə Dövlət Dram teatrında, Dağıstan Kumık teatrında və Sumqayıt, Ağdam, Mingəçevir teatr səhnələrində tamaşaya qoyulmuşdur. Digər pyesləri Rusiya, Tacikistan, Bolqarıstan və Vyetnamda da səhnələndirilmişdir.

1962-1989-cu illərdə Altay Məmmədov Azərbaycan Yazıçılar İttifaqının Gəncə şöbəsinin sədri və Gəncə Zona şöbəsinin məsul katibi vəzifələrində çalışmışdır.

Altay Məmmədov, professor Mir Cəlal Paşayevin rəhbərliyi ilə "C.Cabbarlının 1905-ci ildə dramı" mövzusunda yazdığı dissertasiyaya görə 1964-cü ildə Filologiya elmlər namizədi alimlik dərəcəsi almış, 1965-ci ildə dosent dərəcəsinə yüksəlmişdir. 1971-ci ildə Altay Məmmədova "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilmişdir.

Yazıçının "On birinci açar", "Narınc", "Məhəbbət və gülüş", "Gülab nəfəsli", "Yadigar bulaq", "Ulduzlar görüşəndə" kimi hekayələri var. Altay Məmmədovun 20-dən çox kitabı nəşr edilmiş və əsərləri bir çox dillərə tərcümə edilmişdir. 1973-1974-cü illərdə "Mahnı" adlı povesti Şri-Lankada kitab halında iki dəfə çap edilmişdir. Müəllifin 3 pyesi isə Moskvada nəşr edilmişdir.

O, Azərbaycan xalqının tarixi və etnogenezini araşdırmış, "Oğuz səltənəti" və "Kəngərlər" kimi tədqiqat əsərlərini yazmışdır.

Altay Məmmədov 15 iyul 2003-cü ildə Gəncədə vəfat edib.

 

Mənbələr:


  1. Gəncənin xan çinarı - Altay Məmmədov. Bakı-2020.

  2. http://www.anl.az/down/meqale/ses/2015/may/437762.htm

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:00

Ən bahalı UNİVERSİTETLƏR

Bütün xəbərlər
Bu gün, 13:00

17 yaşlı yeniyetməni avtomobillə öldürdü - 9 il həbs edildi

Bütün xəbərlər
Bu gün, 11:00

Bu universitet yarım milyona təmir ediləcək

Bütün xəbərlər
Dünən, 16:16

İtkin düşən yeddi nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:52

Gəncədə növbəti təmizlik AKSİYASI

Bütün xəbərlər
Dünən, 14:16

Polis 45 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Bütün xəbərlər
Dünən, 13:47

Sabah 39 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:08

12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı

Bütün xəbərlər
Dünən, 12:34

BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 12:04

Ehtiyatda olan polkovnik-leytenant Gəncədə vəfat etdi

Bütün xəbərlər
Dünən, 11:47

Toy karvanında xuliqanlıq edənlər saxlanıldı

Bütün xəbərlər
Dünən, 11:09

Göygöldə nümunəvi təşəbbüs: Qəbiristanlıq yolunu özləri çəkirlər

Bütün xəbərlər
Dünən, 10:32

Gəncədə bir ildən çoxdur həlli tapılmayan PROBLEM

Bütün xəbərlər
Dünən, 09:36

Arvadını öldürməzdən əvvəl şam yeməyinə qonaq edib - 16 il həbs verildi

Bütün xəbərlər
24 iyul 2026, 17:24

Nişanlanıb ayrılanlar çoxalıb

Bütün xəbərlər
24 iyul 2026, 16:47

Xoşbulaq yolunda TIXAC - ŞİKAYƏT

Bütün xəbərlər
24 iyul 2026, 15:55

Külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
24 iyul 2026, 15:27

Şəmkirdəki qətllə bağlı detallar məlum oldu

Bütün xəbərlər
24 iyul 2026, 13:46

Kiyev Vilayət Administrasiyasının rəhbəri təyin olunan şəmkirli kimdir?

Bütün xəbərlər
24 iyul 2026, 13:16

Gəncədə hava sabitdir: Yenə 39 dərəcə isti

Bütün xəbərlər
24 iyul 2026, 12:41

Göygöldə sakinlər piyada keçidlərindən istifadə edə bilmir - ŞİKAYƏT

Bütün xəbərlər
24 iyul 2026, 11:41

Gəncədə 16 mindən çox əsəb xəstəsi var

Bütün xəbərlər
24 iyul 2026, 10:57

Şəhidimizin doğum günüdür

Bütün xəbərlər
24 iyul 2026, 10:13

"WhatsApp"dan böyük yeniləmə

Oxşar xəbərlər