Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda 7 dekabr tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən 53 yaşlı piyadanı maşın vurub. Həmin şəxsin Zaur Mahmudov olduğu bildirilir.
Piyada xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən, onun vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.