Gəncədə Ramazan bayramı qeyd olunub. Bu haqda 10 aprel tarixində İcra Hakimiyyətinə istinadən məlumat veririk.
Ölkəmizin hər bir yerində olduğu kimi, şəhərimizdə də bu gün Bayram namazı qılınıb. Namaz bütün məscidlərdə səhər saat 08:00-da başlayıb.
Bayram namazından sonra şəhidlərimizin xatirəsi yad edilib, ölkəmizə firavanlıq, ailələrə ruzi, bərəkət və bolluq arzulanıb.
Xatırladaq ki, 10 və 11 aprel tarixlərində əksər müsəlman ölkələrində Ramazan bayramı qeyd olunur.