Gəncədə iki küçədə qaz təminatı yaxşılaşdırılır. Bu haqda 7 dekabr tarixində Kəpəz Tv-yə istinadən xəbər veririk.
Bu hal Natəvan qəsəbəsinin iki küçəsində müşahidə olunur. Regional Qaz İstismarı İdarəsi tərəfindən 170-dən çox abonentin mavi yanacağa olan tələbatı ödəniləcək. Küçə sakininin sözlərinə görə, xətlər köhnə olduğundan qazın təzyiqi olmurdu.
“İşlər yaxın günlərdə tamamlanacaq, sonra köçürmələr olunacaq, vətəndaşlar normal qazla təmin olunacaqlar”- deyə Regional Qaz İstismar İdarəsinin şöbə rəisi Namiq Qılıcov bildirib.