Gəncə Dövlət Universitetinin (GDU) tələbələri üçün ekskursiya təşkil edilib. Bu haqda 8 dekabr tarixində universitetə istinadən xəbər veririk.
Xarici dillər fakültəsinin tələbələri Göygöl Tarix-Diyarşünaslıq Muzeyinə səfər ediblər. Onlar XIX əsrdə alman sakinləri tərəfindən inşa edilmiş “Yeraltı şəhər”i xatırladan zirzəmi ilə yaxından tanış olublar. Onlara tarixi məkandakı eksponatlar və vaxtı ilə Göygöldə yaşayan almanların həyat tərzini əks etdirən guşə haqqında məlumat verilib.
Adıçəkilən muzeydə, əsasən, qədim kurqanlarda qazıntılar zamanı əldə olunan saxsı qablar və məişət əşyaları qorunur.