Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 13 dekabr tarixində Apa-ya istinadən xəbər veririk.
Hadisə Bayraq meydanının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobil ilə yol polisinə məxsus "BMW" nəqliyyat vasitəsi bir-birinə çarpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.