Gəncəli idmançı çempionatda iştirak edib. Bu haqda 5 dekabr tarixində Azərbaycan Boks Federasiyasına istinadən xəbər veririk.
Kişi boksçular arasında Azərbaycan çempionatına start verilib. Yarışın ilk günündə 31 döyüş baş tutub. Çempionata 41 komanda və 167 idmançı qatılıb.
Təmsilçimiz 60 kiloqram çəki dərəcəsində 1/16 finalda mübarizə aparıb. Onun rəqibi “METE” İdman Klubunun yetirməsi Nadir Məlikov olub. Qarşılaşma 0:3 hesabı ilə sonuncunun xeyrinə bitib.