top
Xəyanətkar kişi uşaqlarını görmək üçün QAYINATASINI BIÇAQLADI
25 yanvar 2025, 12:58
- ↺ +

Xəyanətkar kişi uşaqlarını görmək üçün QAYINATASINI BIÇAQLADI

 

Tovuzda kürəkən qayınatasını bıçaqlayıb.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilib.

Belə ki, Tovuz rayonunda yaşayan Əli Məmmədov (ad şərtidir) Aygün Əliyeva (ad şərtidir) ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. Bir gün sosial şəbəkədə tanış olduğu qadınla görüntülü danışan zaman Aygün buna şahid olur. Ərinin xəyanətinə görə qadın uşaqlarını götürüb atası evinə gedir. Bir neçə gün sonra Əli içkili vəziyyətdə uşaqlarını görmək üçün qayınatasıgilə gəlir. Uşaqlarını və arvadını ona göstərməyən qayınatası Vaqif Əliyevi (ad şərtidir) 8 dəfə bıçaqlayır.

Əli Məmmədov Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd) maddələri ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Əli Məmmədov özünü ittiham üzrə qismən təqsirli bilib. İfadəsində göstərib:

“Dekabrın 17-si içkili vəziyyətdə evə gəldim. Axşam saatlarında “İnstagram”da bir xanımla tanış oldum. Elə həmin qadınla görüntülü danışan zaman həyat yoldaşım Aygün içəri girdi. Bizim danışdığımızı görüb donub qaldı və otaqdan çıxıb atasıgilə getdi. Cinayəti isə 22 dekabr tarixində törətdim. Axşam evdə spirtli içki qəbul edərkən övladlarım yadıma düşdü. Uşaqlarımı görmək üçün qayınatamgilə getdim. Qayınanam qapıda məni qarşılayıb “içkilisən, get sonra gələrsən” dedi. Bu vaxt qayınatam nalayiq ifadələr işlətməyə başladı. Həmin sözləri eşitməzliyə vurub içəri keçdim. Qapı aralı olduğu üçün baxanda kişinin əlində bıçaq gördüm. Mənə nəsə edəcəyini düşünüb mətbəxdən bıçaq götürdüm. Yoldaşımın atası bu an üstümə gələrək bıçağı mənə tərəf atdı amma mənə dəymədi. Nalayiq sözlər və bu hərəkətindən əsəbiləşərək əlimdəki bıçaqla ona dəfələrlə zərbə endirdim”.

Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş Vaqif Əliyev ifadə verib:

“Dekabrın 17-si qızım evimə gələrək yoldaşı ilə dalaşdığını və bizdə qalacağını bildirdi. Əli səhəri gün mənə zəng edib ailəsini istədiyini dedi. Mən də “bir müddət keçsin, gəlib ailənlə danışıb problemlərinizi həll edərsiniz” deyib telefonu söndürdüm. Hadisə günü axşam Əli içkili vəziyyətdə bizə gəldi. Qapını açmadığımız üçün təpiklə vurub qırdı. Nalayiq ifadələr işlətməyə başladı. Özünü cilovlaya bilməyib mətbəxdən bıçağı götürüb üstümə gəldi. Özümü müdafiə etməyə çalışsam da, bir neçə bıçaq zərbəsinin dəydiyini hiss etdim. Sonra huşumu itirib, yerə yıxılmışam. Əlidən şikayətçiyəm”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Əli Məmmədov 14 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
Bu gün, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
Bu gün, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
Bu gün, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
Bu gün, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
Bu gün, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
Bu gün, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
Bu gün, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Bütün xəbərlər
Bu gün, 09:03

Gəncədə məktəblilər üçün təhlükə: piyada keçidi…

Bütün xəbərlər
Bu gün, 00:00

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Bütün xəbərlər
Dünən, 18:00

Azərbaycanın "VAŞAQ" zirehli əməliyyat maşını ilk dəfə nümayiş etdirilib

Bütün xəbərlər
Dünən, 16:55

Ayaqqabını verməyən arvadını taxta parçası ilə döydü – QƏRİBƏ OLAY

Bütün xəbərlər
Dünən, 15:08

Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq

Bütün xəbərlər
Dünən, 13:58

Gəncədə yeni evlərin tikintisi bir ildə 44 dəfədən çox artıb

Bütün xəbərlər
Dünən, 12:56

Yeni Gəncə sakinləri binaların həyətindən NARAZIDIRLAR

Bütün xəbərlər
Dünən, 10:51

Qırğızıstanda Nizami Gəncəvi adına məktəbdə Azərbaycan dili tədris olunacaq

Bütün xəbərlər
Dünən, 10:16

"Mingəçevir Reqatası-2026"da ikinci günə start verilir

Bütün xəbərlər
Dünən, 09:28

Gəncədə qaraçı qadın qıza yumruq vurub - İDDİA

Bütün xəbərlər
Dünən, 09:01

Gəncədə torpağa tapşırılan şairimizin vəfatından 22 il ötür

Bütün xəbərlər
Dünən, 00:00

30 sentyabr 2020: Vətən Müharibəsinin dördüncü günü

Bütün xəbərlər
29 sentyabr 2026, 18:00

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
29 sentyabr 2026, 17:02

Gəncədə kişi keçmiş arvadını çəkiclə döydü, sonra bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
29 sentyabr 2026, 16:30

Gəncədə 200 metrlik küçənin asfalt örtüyü illərdir bərpa edilmir

Bütün xəbərlər
29 sentyabr 2026, 16:00

Mingəçevir sakini məscidində namaz qılanın "İphone 17"si oğurlandı

Oxşar xəbərlər