Gəncəli Əməkdar artist müalicəsini evdə davam etdirəcək. Bu haqda 28 mart tarixində Report-a istinadən xəbər veririk.
Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan çıxıb. Bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. Onun sözlərinə görə, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub. Əməkdar artistin səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, Kifayət Gəncəlinin xəstəxanaya yerləşdirildiyini xəbər vermişdik.