Gəncəli müğənni yıxılaraq xəsarət alıb. Bu haqda 29 fevral tarixində Oxu.az-a istinadən məlumat veririk.
Söhbət Əməkdar artist Kifayət Gəncəlidən gedir. Bu barədə aparıcı Elgiz Əkbər proqramında deyib. Onun sözlərinə görə, aktrisa yıxılıb və vəziyyəti pisdir.
“Yıxılıb, huşunu itirib. Heç kimi tanımırdı. Neçə gündür komada idi, ayılmırdı. İnsult keçirib. Həkimlə əlaqə saxladıq. Deyirlər, ayılıb”, - deyə aparıcı əlavə edib.