Goranboy rayonunun Səfikürd kənd sakini, 1983-cü il təvəllüdlü Qurbanov Arzuman Qurban oğlu Ukrayna müharibəsində Rusiya ordusu sıralarında döyüşərkən həyatını itirib.
Gencexeber.az bildirir ki, uzun müddət Rusiyanın Voronej şəhərində yaşamış bu şəxs, bir müddət itkin düşənlər siyahısında olub. Sonradan məlum olub ki, o, xristian qəbiristanlığında naməlum şəxs kimi dəfn edilib.
Qeyd edək ki, bir müddət əvvəl eyni münaqişə zamanı digər azərbaycanlı – Oğuz rayonunun sakini Almamədov Ayaz Rəşid oğlu da həlak olub.
