Gəncədə işdən çıxarılan baş həkimin yerinə təyinat olunub. Bu haqda 7 mart tarixində Gəncə şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat veririk.
Bu gün şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev işdən çıxarılması barədə məlumat vermişdik. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yeni əmr imzalayıb. Sənədə əsasən, Səbuhi Mikayıl oğlu Həsənov şəhər Birləşmiş Xəstəxanası direktorunun müavini, Uşaq Xəstəxanasının rəhbəri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bu təyinatdan öncə Uşaq Xəstəxanasının Pediatriya şöbəsinin müdiri vəzifəsində işləyirdi.