26.9 C
Gence
23.5 C
Ganja

Uşaq xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub

Gəncədə tibb müəssisəsində kadr dəyişikliyi olub. Bu haqda 7 mart tarixində Report-a istinadən məlumat veririk.

Şəhər 2 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev işdən çıxarılıb. Bildirilir ki, o, yaş həddinə görə tutduğu vəzifədən azad olunub.

Abdullayev uzun illər adıçəkilən xəstəxanada çalışıb. O, bölgə üzrə tanınmış həkimlərdən biridir.