Gəncəli Əməkdar artistin vəfatından iki il ötür.
“Toppuş bacı” kimi tanınan aktrisa Tünzalə Əliyeva iki il öncə torpağa tapşırılıb.
Gencexeber.az məlumat verir ki, mərhum aktrisa 2023-cü ilin yanvarın 22-də uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib. O, növbəti gün Bakıda "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü ilin fevralın 15-də Gəncə şəhərində anadan olub. Aktrisa daha çox verilişlərin birində canlandırdığı "Toppuş bacı" obrazı ilə tanınıb. 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
2013-cü ildə evlənən sənətçinin həyat yoldaşına əmanət Zəhra adında qızı qalıb.