Gəncədə bıçaqlanma olub. Bu haqda 4 aprel tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb. 52 yaşlı Elşən Bağırov tanışı ilə mübahisə edib. Bu vaxt o bıçaqlanıb.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Onun yaraları tikilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.