Xəbər verdiyimiz kimi, Gəncənin Gülüstan qəsəbəsində piyadaların təhlükəsiz hərəkəti üçün tədbirlərin görülməsinə ehtiyac var.
Gencexeber.az məlumat verir ki, artıq Tofiq Bağırov və Cavanşir Mehdiyev küçələrinin kəsişməsində işıqforlar quraşdırılıb. Sakinlər dəfələrlə qəzaların baş verdiyi bu yerdə tənzimləyici qurğuların olmamasına görə şikayət ediblər.
Hazırda işıqforlar əvvəlcədən müəyyən edilmiş yerlərə qoyulub, elektrik naqilləri çəkilib. Yaxın zamanda qurğuların işə salınması gözlənilir.