Gəncədə sahibsiz itlər qadını dişləyiblər. Bu haqda Gencexeber.az-a 3 fevral tarixində məlumat daxil olub.
Hadisə Poçt qəsəbəsi, Aydınbəyov küçəsində qeydə alınıb. Yaşayış binalarının yaxınlığında sahibsiz itlərin sürüsü 57 yaşlı şəhər sakininə hücum edib. Nəticədə itlər qadının iki ayağını bud hissəsindən dişləyib.
Zərərçəkmiş həkimə müraciət edib və ona peyvənd vurulub.