“Qədim hind fəlsəfəsində də var ki, əgər qadın özünü ərinə sevdirmək istəyirsə, hətta kişinin anası və bacısına da imkan verməməlidir ki, ona yemək bişirsin”.
Bunu modern.аz-a müsahibəsində əməkdar mədəniyyət işçisi, məşhur kulinar Tahir Əmiraslanov deyib.
O bildirib ki, hind mədəniyyətində həyat yoldaşlarını əlləri ilə yedizdirmək ənənəsi var və bu, sakral qidalanmadır.
Qeyd edək ki, T.Əmiraslanov əslən Tovuz rayonunun Qovlar kəndindəndir. O, 1985-ci ildə Gəncədə ilk Kulinariya Birliyini yaradıb.