Gəncədə bədbəxt hadisə olub. Bu haqda 7 dekabr tarixində Apa-ya istinadən xəbər veririk.
28 yaşlı şəhər sakini barmağını kəsib. Hadisə Sərxan Əsgərovun yaşadığı evin həyətində baş verib. O, odun doğrayan zaman ehtiyatsızlıqdan 3 və 4-cü barmağını doğrayıb.
Gənc xəstəxanaya aparılıb. Onun 5-ci barmağının 3-cü falanqasının travmatik amputasiyası olunub.
Faktla bağlı araşdırma aparılır.